https://news24.az/113626-lireni-rusiya-chokdurdu.html
Türkiyə valyutası dollar və avro qarşısında dəyər itirməyə başlayıb və tarixi minimumunu yeniləyib. Ticarət məlumatlarına görə, sessiya ərzində türk lirəsi 1 dollar üçün 26,32 lirə həddinə çatıb. "Taxıl sazişi" ətrafında yaranmış vəziyyət fonunda lirənin dəyər itirməsi diqqət çəkir. Nəzərə alsaq ki, Türkiyə Mərkəzi Bankı bir müddət əvvəl əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırdığını, daha sərt pul siyasəti yürüdəcəyini vəd etmişdi.
Akdeniz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin professoru, tanınmış iqtisadçı alim Mustafa Yıldıran News24.az-a açıqlamasında bildirib ki, lirənin dəyər itirməsinin ən böyük səbəbi Türkiyə iqtisadiyyatının inflyasiya problemi yaşaması ilə bağlıdır.
O qeyd edib ki, Türkiyədə inflyasiya dərəcələri yüksək inflyasiya səviyyəsindən yuxarıdır, yəni 50%-dən yuxarı rəqəmlərə çatmaq təhlükəsi var: “Bir ölkənin pul vahidinin dəyəri azaldıqca, digər valyutalara nisbətdə dəyəri də azalır. Bu səbəbdən dollar və avronun dəyərindəki artım gözlənilən vəziyyəti ifadə edir.
Bunun aradan qalxması üçün Türkiyə gözlənilən inflyasiyanı dollar və avronun bahalaşması ilə birtəhər uyğunlaşdırmalıdır. Bu məsələdə hökumətin, xüsusilə də maliyyə və xəzinə nazirliyiniun fəaliyyəti davam etdirilir. İndiyədək fiskal siyasətin sərtləşdirilməsi istiqamətində səylər artıb. Məlum olduğu kimi, Türkiyədə əlavə dəyər vergisi, xüsusi istehlak vergisi kimi vergi dərəcələrində artımlar olub. Korporativ vergi dərəcəsi artırılıb. Yəni həm dolayı, həm də birbaşa vergilər artırıldı. Dövlət maliyyəsi üzrə sonuncu vitse-prezidentin dərc etdiyi sirkulyarla dövlət xərclərinin azaldılması üsulu da tətbiq edilib. Ona görə də dövlət maliyyəsinin sıxışdırılmasına, pul siyasətinin tənzimlənməsinə, Mərkəzi Bankın faiz siyasətinin dəyişdirilməsinə nail olundu. Bunlar yerinə yetirilənə qədər hazırda ən mühüm hadisə gözlənilən inflyasiyanın müəyyən edilməsi və bazarda qəbul edilməsidir. Əks halda, bazar psixologiyasında daimi inflyasiya qavrayışı davam edərsə, türk lirəsi təəssüf ki, dəyər itirməyə davam edəcək”.